26 May 00:24
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri (AFU) Belqorodun yaşayış məntəqələrinə raketlərlə hücum edib.

Teleqraf.com xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə şəhərin bir neçə küçəsində şəhərcik və park edilmiş avtomobillər yanır.

Qubkin və Yesenin küçələrində çoxmərtəbəli yaşayış binaları zədələnib, aptek binası isə qismən dağılıb.

Hazırda şəhərdə raket təhlükəsi sirenası səslənir.

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində səmada düşmənin 15 raketini məhv edib.

Vilayətin qubernatoru Vyaçeslav Qladkov yazıb ki, 12 Belqorod sakini yaralanıb və xəstəxanalara aparılıb, o cümlədən biri uşaq.

***

20:15

Belqorod və Belqorod vilayətində raket xəbərdarlığı sirenası işə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün teleqram kanalında məlumat verib.

“Belqorod və Belqorod vilayətində raket sirenası işə salınıb. Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Möhkəm divarları olan pəncərələri olmayan otaqlara (koridor, hamam, tualet) sığının. Küçədəsinizsə, sığınacaq və ya başqa təhlükəsiz yerə enin”, - deyə xəbərdarlıq edilir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər