26 May 08:43
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarkovdakı "Episenter" hipermarketinə bomba hücumu nəticəsində ölənlərin sayı iki dəfədən çox artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.

Bildiyiniz kimi, ötən gecə 5 nəfər ölüb, 40-a yaxın yaralanıb, 17 nəfər itkin düşüb. Təəssüf ki, ölənlərin sayı 11 nəfərə çatıb", - məmur teleqram kanalında yazıb.

***

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin (AFU) Xarkovdakı “Episenter” ticarət mərkəzinin ərazisində yerləşən silah anbarına sarsıdıcı zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbəyə istinadən məlumat yayıb.

“Xarkovda Ukrayna Silahlı Qüvvələri “insan qalxanı” taktikasından istifadə edir”, - agentliyin həmsöhbəti bildirib.

Materialda Ukrayna qoşunlarının Rusiya kəşfiyyatı tərəfindən aşkar edilmiş bir ticarət mərkəzində hərbi anqar və komanda məntəqəsi yerləşdirdiyi qeyd edilir.

“Episenter” ticarət mərkəzindəki hərbi obyektə raket zərbəsi endirilib”, - nəşr yazıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər