25 May 23:59
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Məlumatda bildirilib ki, Mirzoyan İrəvan və Bakı arasında sülh sazişi layihəsi üzrə danışıqların gedişi barədə Borrellə məlumat verib.

Görüşdə həmçinin bildirilib ki, sərhədlərin delimitasiyası prosesi 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında həyata keçirilməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər