26 May 01:09
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Şimali Atlantika Alyansı tərəfindən Kiyevə verilən silahlarla Rusiya ərazisindəki hədəflərə hücuma icazə verilməsi təklifini dəstəkləmir.

Teleqraf.com ANSA agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib.

İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri NATO-nun baş katibi Yens Stoltenberqin müvafiq təşəbbüsünü tənqid edib və belə bəyanatların təhlükəsini qeyd edib. Tajani deyib ki, Ukraynanın Rusiyaya Qərb silahları ilə hücum etməsinə icazə verilməsi hərbi eskalasiyaya gətirib çıxaracaq.

“Dünyanı nüvə müharibəsi astanasına gətirən əsl dəlilik. Bizim hərbi texnikamız Ukraynanın daxilində istifadə edilməlidir”, - deyə o vurğulayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər