26 May 19:07
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 26-da günorta saatlarında Qəzza zolağından İsrailin mərkəzinə azı səkkiz raket atılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin açıqlamasında bildirib.

Raketlərin bir hissəsi havada vurulduğundan itki olmayıb.

HƏMAS-ın hərbi qanadı “Əl-Qəssam Briqadaları” raket hücumunun Təl-Əvivi hədəf aldığını bildirib. Hücumun mülki əhalinin “kütləvi qətl”inə cavab olduğu qeyd edilib.

Rəfah Qəzza zolağında 2023-cü ilin oktyabrında HƏMAS terrorçularının hücumundan sonra başlayan əməliyyat zamanı İsrail hərbçiləri tərəfindən işğal olunmayan sonuncu böyük yaşayış məntəqəsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər