26 May 23:02
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü "Remal" siklonu səbəbindən Banqladeş və Hindistanda 1 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "France-Presse" məlumat yayıb.

Banqladeş Meteorologiya İdarəsindən bildirilib ki, fırtına yerli vaxtla saat 20:00-da ölkənin cənub-qərbinə çatıb. Küləyin sürəti 120 km/saata çatıb.

Bildirilib ki, təbii fəlakətdən əziyyət çəkən iki Cənubi Asiya respublikasının ərazilərində milyon insan yaşayır. Onlar daha təhlükəsiz yerlərə köçürülüblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər