27 May 08:15
241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya tərəfi bildirib ki, Şimali Koreya ona iyunun 3-dək peykin orbitə buraxmaq planı barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, söhbət KXDR-in orbitə ikinci hərbi casus peyki çıxarmaq cəhdindən gedir.

Qeyd edilir ki, buraxılış elanı Cənubi Koreya, Yaponiya və Çin liderlərinin Seulda ilk üçtərəfli görüşü üçün toplaşdıqları vaxta təsadüf edib.

Yapon Sahil Mühafizəsi Şərqi Asiyada dəniz təhlükəsizliyi məlumatlarını koordinasiya etdiyi və yaydığı üçün Şimali Koreya Yaponiyaya buraxılış haqqında məlumat verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər