27 May 10:20
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun pilotsuz uçan aparatı Rusiya ərazisində radar stansiyasına (RLS) hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Ukrayna Pravda” ölkənin hərbi mənbələrinə istinadla yazıb.

Məlumata görə, PUA Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində yerləşən RLS-ə çırpılıb.

“Ukraynaya məxsus pilotsuz uçan aparat düşmən hədəfinə qədər 1800 kilometrdən çox məsafə qət edərək, kamikadze dronların vurduğu zərərin miqyasına görə yeni rekorda imza atıb”, - mənbə bildirib.

Dünən Rusiyanın Oryol vilayətində neft obyektinin vurulması haqda da məlumat yayılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər