27 May 10:52
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukrayna ilə sərhəddə üç istiqamətdə canlı qüvvə yığır. Mövcud kontingentlərin sayı məhdud olsa da, hücum olacağı təqdirdə, Ukrayna qüvvələrinin bir hissəsini bu istiqamətlərdə yerləşdirməyə məcbur olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Söhbət Belqorod, Sumı və Xarkov vilayətlərindən gedir. ABŞ institutu Rusiya qüvvələrinin sayının məhdud olduğunu bildirsə də, dəqiq say məlum deyil.

Amerikalı analitiklərin fikrincə, ruslar eyni vaxtda sərhəddə bir neçə istiqamətdə hücuma başlaya bilərlər. Belə bir gəlişmə Ukraynanı əsasən də Xarkov və Sumıda sərhədin böyük hissəsinə qoşun göndərməyə məcbur edəcək.

Rusiyanın hədəflərindən birinin bütün sərhəd boyu ərazilərdə təhlükəsizlik zonası yaratmaq olduğu iddia edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər