27 May 11:38
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) mayda Prezident Vladimir Zelenski, SBU rəisi Vasili Malyuk, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov və digər yüksək vəzifəli şəxslərə qarşı sui-qəsd hazırlayan casus şəbəkəsini ifşa edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” yazır.

Məlumata görə, Budanovun koordinasiyalı raket və dron hücumu zamanı öldürülməsi planlaşdırılıb.

Bununla belə, bir neçə ay ərzində SBU planı hazırlayanları izləyərək, şəbəkəni zərərsizləşdirib. Saxlanılan şəxslərin Budanovla yanaşı, müxtəlif vasitələrlə Malyuk və Zelenskini izlədikləri üzə çıxıb.

Sui-qəsd cəhdinə hazırlıq zamanı şübhəlilər Kiyevə reaktiv yaylım atəşi sistemləri, MON-90 piyada əleyhinə mina və kamikadze dronları gətiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər