27 May 17:10
2 780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi Prezident Salome Zurabişvilinin “Xarici agentlər haqqında” qanuna qoyduğu vetonu ləğv edib.

Teleqraf.com xəbər verir ki, məsələ mayın 28-də baş tutacaq plenar iclasda yekun səsverməyə çıxarılacaq.

Qeyd edək ki, Zurabişvili bundan əvvəl “qanuna zidd və Rusiya layihəsi” hesab etdiyi qanuna veto qoymuşdu. Baş nazir İrakli Kobaxidze bundan sonra prezidenti dövlətə xəyanətdə ittiham edib.

Müəllifi hakim “Gürcü Arzusu” Partiyası olan qanun layihəsi Gürcüstanda kütləvi etirazlara səbəb olub. ABŞ buna görə Tiflisi sanksiyalarla hədələyib və Gürcüstan rəsmilərinə vizaların verilməsini dayandırıb. Avropa Birliyi Gürcüstana verdiyi üzvlüyə dair namizəd statusunu geri götürə biləcəyini bəyan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər