27 May 21:39
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa və Almaniya Avropanın hava hücumundan müdafiəsini gücləndirmək üçün daha sıx əməkdaşlıq planlarını açıqlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Təşəbbüsün Almaniya Kansleri Olaf Şolz və Fransa Prezidenti Emmanuel Makronun ikincinin Berlinə üçgünlük səfərinin sonunda müzakirə edəcəkləri bir neçə siyasi istiqamətlərdən biri olduğu bildirilir.

“Seçimlərə Almaniyanın rəhbərlik etdiyi qısamüddətli Avropa Səma Qalxanı Təşəbbüsünü (ESSI) tamamlamaq üçün başqa bir Avropa hava hücumundan müdafiə sisteminin əlavə edilməsi də daxildir. ESSI-yə İsrailin “Arrow 3” və ABŞ-nin “Patriot” raketləri, həmçinin Almaniya istehsalı IRIS-T sistemi daxildir, təşəbbüs 21 ölkə tərəfindən dəstəklənir. Üstəgəl, Fransa İtaliya ilə birlikdə SAMP-T və ya “Mamba” kimi tanınan bir sistem də hazırlayıb”, - məqalədə deyilir.

Nəşrin yazdığına görə, başqa bir variant Yunanıstan və Polşanın bu ay təklif etdiyi və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin dəstəyini alan oxşar layihəyə qoşulmaq olardı. Hazırda müvafiq təklif müzakirə edilir.

Fransa və Almaniya liderləri bundan əvvəl Rusiyanın Ukraynaya müdaxiləsindən sonra avropalıların öz təhlükəsizliklərini özlərinin təmin etməli olduqlarını söyləmişdilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər