27 May 22:04
283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın dövlət borcu 2024-cü ilin aprel ayının sonunda 151 milyard dolları ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev teleqram kanalında məlumat verib.

Maliyyə Nazirliyinin məlumatına görə, 30 aprel 2024-cü il tarixinə dövlət borcu xarici valyuta ekvivalentində 151,5 milyard dollar təşkil edib.

Dövlət borcunun 71,5 faizi xarici, 28,5 faiz isə daxili borcun payına düşür. Dövlət borcunun 74%-dən çoxu xarici valyutadadır.

Qeyd edək ki, 2022-ci ilin fevralından Ukraynanın dövlət borcu 2,2 dəfə artıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər