27 May 22:42
302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski İspaniya paytaxtı Madridə səfər edib.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində İspaniyanın Baş naziri Pedro Sançes və Zelenski Madriddə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Tədbir Krallığın Nazirlər Kabinetinin saytında yayımlanıb.

Zelenskinin həmçinin burada kral VI Filipplə də görüşü nəzərdə tutulur.

Məlumata görə, İspaniya ilə təhlükəsizlik sazişi Kiyevin Almaniya və İtaliya da daxil olmaqla, bir sıra digər ölkələrlə imzaladığı müqaviləyə bənzəyir və Ukraynaya hərbi dəstəyin təmin edilməsinə istiqamətlənib.

Qeyd edək ki, İspaniya hökuməti həmçinin Ukraynaya rekord məbləğdə - 1 milyard 129 milyon avro dəyərində hərbi yardım paketi veriləcəyini elan edib ki, buraya geniş çeşiddə hərbi texnikanın, o cümlədən "Patriot" raketlərinin yeni partiyası, 19 "Leopard 2A4" tankı, eləcə də İspaniyada istehsal olunan çoxlu sayda materialların tədarükü daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər