28 May 08:00
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-də 110 milyondan çox insan tornado və tufanlarla müşayiət olunan ektremal hava şəraiti səbəbindən riski altındadır.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayı

Qeyd olunub ki, qasırğa nəticəsində ölənlərin sayı ən azı 21 nəfərə çatıb.

Belə ki, ABŞ-ın Arkanzas, Kentukki, Texas və Oklahoma da daxil olmaqla mərkəzi regionlarının sakinləri əlverişsiz hava şəraitinin qurbanı olublar. Bu hadisədə dörd uşaq dünyasını dəyişib.

"Bazar günü ən azı 20 ştatda küləyin sürəti saatda 75 mildən çox olub. Dağıntılar barədə 600-dən çox məlumat var", - məlumatda deyilir.

KİV-in məlumatına görə, 450 mindən çox amerikalı işıqsız qalıb.

Bundan əlavə, Kentukki qubernatoru Endi Beşir bölgədə fövqəladə vəziyyət elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər