28 May 08:31
278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina Prezidenti Xavyer Miley kabinetə yeni rəhbər təyin edib.

Teleqraf.com xəbər verir ki, bu barədə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bu vəzifə daxili işlər naziri Gilyermo Frankosa həvalə edilib.

Bəyanatda qeyd olunub:

“Prezidentin Aparatı Nikolas Possenin Nazirlər Kabinetinin rəhbəri vəzifəsindən istefa verdiyini elan edir. Hökumət rəhbərliyinə daha çox siyasi çəki vermək üçün baş nazir postunu Gilyermo Frankos icra edəcək”.

“La Nación” qəzetinin yazdığına görə, baş nazirin istefasına səbəb “hökumətin tərəqqisi və ona tapşırılan vəzifələrlə bağlı yanaşmalar və gözləntilərdə fərqlilik” olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər