28 May 10:21
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Xarkov vilayətinin Liptsi rayonu istiqamətində irəliləyir, amma Rusiya qüvvələri də hücumlarını dayandırmır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna qoşunları son sutka ərzində Xarkovdan şimaldan Liptsiyə doğru müəyyən qədər irəliləyib. Ruslar Vovçansk istiqamətində - Xarkovdan şimal-şərqdə hücumlarını davam etdirirlər.

Bu müddət ərzində Xarkov istiqamətində cəbhə xəttində təsdiqlənmiş dəyişikliklər baş verməyib. Ukrayna Silahlı Qüvvələri Liptsinin şimalındakı əraziləri geri alıb.

Rusiya ordusu Xlıboki yaxınlığında Ukrayna qoşunlarının hücumunu dəf ediblər.

Rusiya qüvvələrinə gəlincə, şiddətli döyüşlərin davam etdiyi Vovçansk rayonunun mərkəzində irəliləyiblər. Ukrayna hərbçiləri də Vovçanskın cənub-qərbində quru hücumlarını davam etdirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər