28 May 10:40
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Təhlükəsizlik Şurası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu il üçüncü dəfə toplanacaq.

Teleqraf.com xəbər verir ki, Beştəpədə keçiriləcək kritik toplantının əsas mövzusu terrorla mübarizədir.

Türkiyənin hədəfi bu yaya qədər İraq sərhədlərində təhlükəsizlik perimetrini tamamlamaqdır. İclasda İraqın şimalında terrorçuların məhv edilməsi üzrə davam edən əməliyyatlar müzakirə olunacaq. Bundan əlavə, PKK/YPG terror təşkilatının Suriyanın şimalında işğal etdiyi ərazilərdə qanunsuz seçki keçirməyə hazırlaşması və özünü legitimləşdirmə cəhdləri ilə bağlı görüləcək tədbirlər müzakirə ediləcək.

Şura heyəti FETÖ və İŞİD kimi digər terror təşkilatları ilə mübarizədə son vəziyyətlə bağlı da məlumat verəcək.

İsrail-Fələstin münaqişəsi də masada olacaq.

Milli Təhlükəsizlik Şurasının toplantısında digər regional və beynəlxalq məsələlər, xüsusən də Rusiya-Ukrayna müharibəsi, Azərbaycan və Ermənistan arasında sülh prosesi, İranda baş verənlər və Yunanıstanla münasibətlər də müzakirə ediləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər