Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) keçmiş millət vəkili Barış Yarkadaş ölkədə yeni siyasi partiyanın yaradılması iddiası ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, siyasətçi bəzi siyasi partiyaların birləşəcəyini deyir.
Yarkadaşın sözlərinə görə, Demokratiya və İnkişaf Partiyasının sədri Ali Babacan, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu və Səadət Partiyasının sədri Təməl Karamaollaoğlu rəhbərlik etdikləri təşkilatları birləşdirməyi planlaşdırır.
CHP üzvü qeyd edib ki, adıçəkilən siyasətçilərin iştirakı ilə yaradılacaq yeni partiyaya Türkiyənin keçmiş prezidenti Abdullah Gül sədrlik edəcək.
“Gül və yaxın ətrafı post-Ərdoğan dövrü üçün mövqelərini müəyyənləşdirir. Keçmiş prezident yeni partiyanın yaranmasına müsbət baxır”, - Yarkadaş vurğulayıb.