Ukraynanın ələ keçirilməsi Rusiyanı qarşısıalınmaz dərəcədə zənginləşdirərdi.
Teleqraf.com xəbər verir ki, bunu britaniyalı iqtisadçı Lillian Bivinqs deyib.
Onun sözlərinə görə, Ukraynanın ələ keçirilməsi yeni, daha zəngin və daha güclü Rusiya ortaya çıxaracaq və Qərbin iqtisadi şantajı qarşısında yaxşı təchiz olunacaq:
“İrimiqyaslı hücumdan sonra Rusiyanın qaz şantajı Putinin istədiyini əldə etsə, nələrin baş verəcəyinin yaxşı göstəricisidir. Rusiyanın Ukrayna üzərində tam nəzarətinin şok dalğaları dərhal hiss olunmayacaq. İllər və onilliklər ərzində inkişaf edərək, dünyanın bütün guşələrinə toxunacaq və dünya iqtisadiyyatında xaosa səbəb olacaq”.
Bundan əlavə, Bivinqsin fikrincə, Ukrayna üzərində qələbə olacağı təqdirdə Rusiya ölkənin 400 milyon insanı qidalandıra biləcək taxıl ixrac olunduğu Qara dəniz limanlarına tam nəzarət edəcək: “Ukrayna fermerləri tərəfindən toplanan və bu limanlardan daşınmaq üçün nəzərdə tutulan bütün taxıl Rusiyaya məxsus olardı. Artıq işğal olunmuş ərazilərdən oğurlanmış taxılı dostlarına göndərib”.
İqtisadçının fərziyyəsinə görə, Ukraynanın mümkün ələ keçirilməsinin ikinci nəticəsi o ola bilərdi ki, Rusiya Kiyevin son iki ildə tikdiyi hərbi sənaye kompleksinə tam giriş əldə edəcək: “Bütün bunlar Ukraynanı ələ keçirəndən sonra sözün əsl mənasında Avropa Birliyinin qapısında dayanan Rusiyaya məxsus olacaqdı”.
Bivinqs qeyd edib ki, Ukraynadan imtina etmək Rusiyaya epik nisbətdə hədiyyə vermək deməkdir: “Dünyanın ən çox arzulanan resursları ilə dolu, əhalisi azalmış kənd təsərrüfatı qalası... Ukraynaya yardımın gecikdirilməsi ilə Rusiya ordusunun Qərbə doğru irəlilədiyi hər qarış döyüş meydanında Kremli bu ali mükafata yaxınlaşdırır”.