4 İyun 10:01
2 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu son üç sutkada Belqorod vilayətində Rusiyanın S-300 və S-400 raket sistemlərinə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Geolokasiya kadrları Rusiyanın S-300 və S-400 sistemlərinin iki buraxılış qurğusu və komanda məntəqəsinin vurulduğunu təsdiqləyir.

Rusiya mənbələri Ukraynanın zərbə üçün ABŞ tərəfindən təchiz edilmiş HIMARS hava hücumundan müdafiə sistemlərindən istifadə etdiyi barədə məlumat yayıb. Amma Ukrayna rəsmiləri hələlik bununla bağlı heç bir şərh verməyib.

“S-300 və S-400 hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin şimalındakı cəbhə xəttindən təxminən 60-80 kilometrdən çox məsafədə yerləşirdi. Bu məsafə HIMARS-ın əhatə dairəsindədir”, - analizdə bildirilir.

Rusiya mənbələri iddia edirlər ki, ABŞ-nin Rusiyanın Xarkov vilayəti ilə sərhəd bölgələrində hərbi obyektlərə zərbə endirilməsinə qoyulan qadağanın aradan qaldırılmasından sonra Ukrayna Belqorodu HIMARS-larla vurmağa başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər