Makronun həyat yoldaşı kraliça Kamillaya toxunaraq protokolu pozub.
Teleqraf.com Daily Mail-ə istinadən xəbər verir ki, hadisə kraliça və Makronun Normandiyada öldürülən Britaniya hərbçilərinin xatirəsinə əklil qoyarkən Vers-sur-Merdə baş verib.
III Çarlzın həyat yoldaşı müttəfiqlərin Normandiyaya desant çıxarmalarının 80 illiyi ilə bağlı keçirilən tədbirdə Fransa prezidentinin həyat yoldaşı Bricit Makron ilə əl sıxaraq görüşməkdən imtina edib.
Fransa liderinin həyat yoldaşı salam verərkən əlini uzadıb və bununla da protokol qaydalarını pozub.
Buna baxmayaraq, Fransa prezidentinin həyat yoldaşı özünü itirməyib və kraliçanın əlindən tutub. Eyni zamanda, III Çarlz da görüş zamanı Bricitin əlini öpüb.
Bukingem Sarayının məlumatına görə, kraliça və ya kral ailəsinin üzvü ilə görüşərkən xüsusi davranış qaydaları yoxdur, amma əl-ələ görüşmək, toxunulmaq kral ailəsi üçün həssas mövzudur.