Çexiya polisi mümkün terror aktı təhlükəsi ilə bağlı daxil olan məlumatla əlaqədar ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “İdnes” portalı məlumat yayıb.
Qatar stansiyalarında, ictimai nəqliyyatda və ticarətin aparıldığı küçələrdə gücləndirmə işləri aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları avtobus dayanacaqlarının və qatar stansiyalarının yaxınlığında şübhəli şəxslərə ciddi nəzarət etməlidirlər.
Çexiya Baş nazirinin birinci müavini və daxili işlər naziri Vit Rakuşan qeyd edib ki, polisin ölkə sakinləri üçün ani təhlükə barədə məlumatı yoxdur.
"Təsdiq edə bilərəm ki, polis indi qabaqlayıcı təhlükəsizlik tədbirləri görür"- deyə bildirib.