11 İyun 13:04
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron ətrafı ilə erkən parlament seçkilərində sağçıların qalib gələcəyi təqdirdə ölkə başçısı vəzifəsindən istefa vermək imkanını müzakirə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Europe 1” radiosu rəsmi mənbələrə istinadla məlumat yayıb.

“Prezidentin istefası tabu deyil, bu gün bütün ssenariləri nəzərdən keçirməliyik”, - radio Makrona yaxın isimlərdən birindən sitat gətirir.

“Europe 1” iddia edir ki, Makron son həftələrdə yaxın ətrafındakı şəxslərdən biri ilə bu ssenarini müzakirə edib.

Fransada növbədənkənar parlament seçkiləri 30 iyun – 7 iyul tarixlərində keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər