11 İyun 16:58
1 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı kənar güclərin Suriyada PKK/YPG terror təşkilatı ilə “yeni dövlət” yaratma cəhdlərindən danışıb.

Teleqraf.com xəbər verir ki, MHP lider bu kirli planda əsas hədəfin Türkiyə olduğunu bildirib.

“Türkiyəni əhatə edən xain mühasirə yeni mövqelər qazandıqca, qlobal güclərin köməyi ilə təxribatçı proses getdikcə genişlənir. Suriyanın parçalanmasını hədəfləyən imperialist plan həyata keçirilir. Öz şər kampaniyalarını gücləndiriblər. Əsas hədəf Türkiyəmizdir, yaxın hədəf vətənimizdir. Milli təhlükəsizliyimiz təhdid və təhlükələrlə sınaqdan keçirilir. Enerjisini Türkiyəyə düşmənçilikdən alan dağıdıcı mexanizm aktivdir”, - Baxçalı vurğulayıb.

MHP liderinin çıxışında diqqətçəkən digər məqamlar:

“Alçaq yarış davam edir. Məqsəd Türkiyəni küncə sıxışdırıb tələyə salmaq, onu hər cür müdaxilələrə açıq hala gətirməkdir.

ABŞ dəhşətli nəticələri ola biləcək bir oyun oynayır. ABŞ PKK-nın işğal etdiyi əraziləri “muxtariyyət” kimi tanıyır.

ABŞ təşkilatı Suriyanın şimalında seçki keçirməyə məcbur etmək üçün uyğun mühit və zaman gözləyir. Bu, qəbul ediləcək, dözüləcək bir vəziyyət deyil”.

Baxçalı xatırladıb ki, Suriyanın şimalında planlaşdırılan qondarma seçkilər avqusta təxirə salınıb, amma bu, təkcə təxirə salınmamalı, ləğv edilməlidir:

“Bununla kifayətlənəcəyimizi heç kim gözləməsin. Qondarma seçkilər tamamilə gündəmdən çıxarılmalı və bir daha müzakirəyə çıxarılmamalıdır. Suriyanın parçalanmasının əleyhinəyik. Ərazi bütövlüyünə hörmət edirik və hər bir dövlətin də buna hörmətlə yanaşmasını gözləyirik. Qondarma demokratik manevrlər Türkiyəyə görə məliyyat üçün haqlı səbəbdir. Tamaşaçı qalmaq türk yurdunu fəlakətə sürükləməyə bərabərdir.

Region ölkələri və Rusiyanın həyəcan təbili çalan hadisələri səssizcə izləməsi düşündürücüdür. Terror dövləti qurmaq istəyənlərə xatırlatmaq istərdim ki, meydan boş deyil və biz ayıq-sayıq gözləyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər