11 İyun 17:07
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin qeyri-strateji nüvə silahları ilə keçirilən təlimləri NATO hərbçilərinin Ukraynadakı hərbi əməliyyatlarda fəal iştirakına adekvat cavabdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi potensialının artırılması hədəflənir.

“Nəzərinizə çatdırım ki, təlimlərimiz Qərbin Kiyev terror rejiminə dəstəyinə, NATO hərbçilərinin Ukraynada döyüş əməliyyatlarında fəal iştirakına və Kiyevə Rusiyanın mülki obyektlərinə raket hücum etməsinə faktiki icazənin verilməsinə adekvat cavabdır.

Bundan əlavə, Rusiya təlimlər keçirməklə NATO ölkələrinin ölkəmizin sərhədləri yaxınlığında hərbi potensialının artmasına cavab verdi”, - Şoyqu bildirib.

Rusiya Təhlükəsizlik Şurasının katibi ABŞ-ni beynəlxalq təhlükəsizliyi təhdid edən davranışlarda ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər