"ABŞ-ın Gürcüstan hakimiyyətinə qarşı tətbiq etdiyi sanksiyalar təhqiramizdir".
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze açıqlamasında deyib.
O, həm də Amerikanın sanksiyalarının qeyri-ciddi olduğunu bildirib: “Sanksiyalar qeyri-ciddi olmaqla yanaşı, həm də ölkəmizi və xalqımızı təhqir edir. Bu da tərəfdaşlıq ruhuna uyğun gəlmir”.
Kobaxidze qərara yenidən baxılacağına ümid edir.
Xatırladaq ki, Vaşinqton iyunun 6-da Gürcüstan rəhbərliyinə qarşı sanksiya tətbiq edib. Dövlət Departamentinin sözçüsü Metyu Miller sanksiyaların respublikada qəbul edilən xarici agentlər haqqında qanunla əlaqədar olduğunu izah edib.