15 İyun 13:30
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Laden öləndə heç kim bir dəqiqəlik sükuta getməmişdi, “Tehran qəssabı” kimi tanınan İbrahim Rəisi ondan çox insanı öldürüb.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı senator Bred Şerman İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı BMT Təhlükəsizlik Şurasında bir dəqiqəlik sükutun elan edilməsi ilə bağlı danışarkən deyib.

Senatorun sözlərinə görə, Rəisi yox, onun qurbanları bir dəqiqəlik sükutla yad edilməyə layiqdirlər.

Şerman 1988-cildə Rəisinin üzvlərindən biri olduğu edam komitəsinin əmri ilə siyasi məhbusların öldürülməsinə toxunaraq, həmin qurumun əmri ilə işgəncələrə məruz qalan 30 min iranlı siyasi məhbusdan 1500 nəfərin öldürüldüyünü bildirib. Senator İranın mərhum liderinin “ölüm komitəsi” adlandırılan bu quruma rəhbərlik etdiyini xatırladıb.

Şerman 2022-ci ildə Məhsa Əmininin “əxlaq polisi” tərəfindən qətlindən sonra çoxlu sayda insanın həbsi və edam cəzasına məhkum edilməsinə görə də İbrahim Rəisini ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər