16 İyun 13:34
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran sürətlə Fordo sahəsində əlavə uranı zənginləşdirmə sentrifuqaları quraşdırıb və yenilərini quraşdırmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Nüvə Təhlükəsizliyi Təşkilatının hesabatında deyilir.

“Röyter” diplomatik mənbələrə istinadla yazır ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ötən həftə ona qarşı qəbul etdiyi qətnaməyə Fordo və Natanzdakı iki yeraltı zənginləşdirmə obyektində uranı zənginləşdirmə imkanlarını genişləndirməklə cavab verir, amma genişlənmə o qədər də böyük deyil.

AEBA-nın üzv ölkələrə göndərdiyi məxfi hesabatda İranın indiyədək atdığı addımlar təsvir edilir, xüsusən də Fordoda həyata keçirilən konkret fəaliyyətlərlə əlaqədar...

“İran iyunun 9-10-da agentliyə məlumat verib ki, hər biri 174 IR-6 sentrifuqasını ehtiva edən 8 kaskad FFEP-in I blokunda (Fordo Yanacaq Zənginləşdirmə Zavodu) növbəti 3-4 həftə ərzində quraşdırılacaq”, - bu barədə “Röyter” AEBA-nın hesabatına istinadla qeyd edir.

İyunun 11-də beynəlxalq agentlik təsdiqləyib ki, İran I blokda 2 kaskadda IR-6 sentrifuqalarının quraşdırılmasını başa çatdırıb. Əlavə 4 kaskadda sentrifuqaların quraşdırılması davam edir.

Yeni kaskadlardan əvvəl Fordoda ümumilikdə 8-i fəaliyyət göstərirdi.

İran Natanzdakı yeraltı zənginləşdirmə zavodunda qeyri-müəyyən sayda əlavə sentrifuqa quraşdırmaq planını həyata keçirmək istəyir, AEBA bu haqda məlumatlandırılıb. Söhbət qabaqcıl IR-2m sentrifuqalarından gedir. Amma Tehran bu fəaliyyətin nə vaxt baş verəcəyi ilə bağlı məlumat verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər