16 İyun 17:17
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə Qüvvələri Qurban bayramının ilk günündə Qəzza zolağının cənubundakı bəzi bölgələrdə gündəlik taktiki fasilə olacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Rəfah şəhərində hücumların davam edəcəyini bildirən ordu humanitar yardımların keçdiyi bəzi istiqamətlərdə əməliyyatların olmayacağını açıqlayıb.

İsrail mətbuatı iddia edir ki, müdafiə naziri Yoav Gallanta taktiki müvəqqəti plan barədə əvvəlcədən məlumat verilməyib. N12 kanalı da göstərişin Baş nazir Binyamin Netanyahunun xəbəri olmadan qüvvəyə mindiyini iddia edib.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ordunun taktiki atəşkəs qərarını tənqid edib. O, təlimatın hərbi kabinet tərəfindən təsdiqlənmədiyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu