ABŞ ordusu iyunun 16-da Suriyada hava hücumu həyata keçirərək İŞİD-in yüksəkvəzifəli üzvü və vasitəçilərindən olan Usama Camal Məhəmməd İbrahim əl-Cənabini zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə məlumat yayıb.
CENTCOM qeyd edib ki, “onun ölümü İŞİD-in resurslar əldə etmək və terror hücumları həyata keçirmək imkanlarını pozacaq”.
Bildirilib ki, əməliyyat zamanı mülki vətəndaşlardan xəsarət alan olmayıb.
“CENTCOM regiondakı müttəfiqləri və tərəfdaşları ilə birlikdə İŞİD-in əməliyyat imkanlarının azaldılması və onun davamlı məğlubiyyətinin təmin edilməsinə yönəlmiş əməliyyatları davam etdirəcək”, – məlumatda vurğulanıb.