22 İyun 13:30
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hizbullah” terror təşkilatının İsrail ərazisi və vətəndaşlarına hücumlarına imkan verməyəcəyik.

Teleqraf.com xəbər verir ki, bunu İsrail xarici işlər naziri Yisrael Katz “Hizbullah” lideri Həsən Nəsrullahın Cənubi Kiprlə bağlı iddiasına cavab olaraq bildirib.

Nazir deyib ki, İsrail “Hizbullah”ın ölkə ərazisi və vətəndaşlarına hücumlarını davam etdirməsinə icazə verə bilməz: “Tezliklə lazımi qərarları verəcəyik”.

Nəsrullahın Cənubi Kiprlə bağlı açıqlamalarını təhdid kimi qiymətləndirən Kat, bunun yalnız başlanğıc olduğunu qeyd edib.

Ölkənin baş diplomatı azad dünyanın qeyd-şərtsiz İsrailin yanında olması lazım olduğunu vurğulayıb: “Bizim müharibə sizin də müharibənizdir”.

Həsən Nəsrullah İsrailin Livana mümkün irimiqyaslı hücumda Cənubi Kiprdəki hava limanları və hərbi bazalarından istifadə edəcəyinə dair kəşfiyyat məlumatı aldıqlarını açıqlayıb. “Hizbullah” lideri belə bir vəziyyətdə Cənubi Kiprin savaşın iştirakçısı kimi qəbul ediləcəyi və buna uyğun qərar veriləcəyinə dair xəbərdarlıq edib.

Livan xarici işlər naziri Abdallah Buhabib dünən kiprli həmkarı Konstantinos Kombosla telefon danışığı aparıb. Kombos telefon danışığında Livana qarşı mümkün müharibədə İsrailə dəstək verməyəcəklərini, Cənubi Kiprin heç bir şəkildə bölgədəki müharibəyə qarışmaq istəmədiyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər