ABŞ-nin keçmiş prezidenti Donald Tramp həbsxanada işgəncələrə məruz qaldığını deyir.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatının Fulton qraflığında həbsxanada işgəncələrə məruz qalıb.
Siyasətçinin barmaq izləri götürülərkən və fotoşəkilləri çəkilərkən "işgəncələrə məruz qaldığı qeyd olunur.
Xatırladaq ki, 2023-cü ilin avqustunda Tramp 2020-ci il prezident seçkilərinə müdaxilə iddiası çərçivəsində Corciya ştatının hakimiyyət orqanlarına könüllü təslim oldu. Siyasətçi 200 min dollar girov müqabilində sərbəst buraxılıb. Tramp təxminən 20 dəqiqə həbsxanada qalıb.