Ukraynanın Donetsk vilayətində iki yaşayış məntəqəsi Rusiya ordusunun nəzarətinə keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bəyanatda Rusiya ordusunun Ukraynada cəbhə xəttində irəliləyişini davam etdirdiyi bildirilib.
“Mərkəzi və Cənub hərbi qruplarının uğurlu hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Spornoye və Novoaleksandrovka yaşayış məntəqələri azad edilib”.
Ukrayna ordusuna məxsus 72 pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilən açıqlamada bunlar qeyd edilib:
“Hərbi əməliyyat başlayandan indiyədək 616 təyyarə, 276 helikopter, 26 min 968 PUA, 535 hava hücumundan müdafiə raket sistemi, 16 min 463 tank və zirehli texnika, 1361 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 11 min 129 haubitsa və 2 min minaatan Ukrayna ordusunun 136 bölməsi məhv edilib".