1 İyul 15:32
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Xarkov vilayətinin Stepovaya Novoselovka və Donetskin Novopokrovskoye qəsəbəsini ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiyanın qərb qoşun qruplaşmasının bölmələri Xarkov vilayətinin Stepovaya Novoselovka qəsəbəsini azad etdi. Nəticədə mərkəz qoşun qrupunun bölmələri daha sərfəli mövqelər tutdu. Rusiya ordusu Donetskin Novopokrovskoye qəsəbəsini azad etməklə bərabər taktiki mövqeni yaxşılaşdırdı", - məlumatda bildirilib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər