2 İyul 00:26
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbərinin qardaşı oğlu Həmzət Kadırov respublikanın Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov Teleqram kanalında məlumat yayıb.

27 yaşlı Hamzat Kadırovun dini və dünyəvi təhsili var. O, hafizlər məktəbini və Çeçenistan Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Bu illər ərzində H.Kadırov regionda rəhbər vəzifələrdə, o cümlədən Çeçenistanın bədən tərbiyəsi və idman naziri, baş nazirin müavini vəzifələrində çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər