3 İyul 12:07
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Rusiya-Ukrayna müharibəsinə bir zənglə son qoymağa qadirdir.

Teleqraf.com xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

"Çin sədri Si Cinpinin bir zəngi bu böhranı həll edəcək. Çin rəhbərliyi bunda israr etsə, Moskva Kiyevlə danışıqlara başlamağa məcbur olacaq. Çünki Rusiyanın başqa seçimi olmayacaq. Ukraynadakı münaqişənin sona çatması Çinin xeyrinə ola bilər. Bu, Çinin bölgədə liderliyini də göstərmiş olacaq" - Stubb vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev