Rusiya qarşılıqlı prinsipə uyğun olaraq rumıniyalı diplomatı deportasiya edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir ki, Rumıniyanın Moskvadakı səfiri Kristian İstrate nazirliyə çağırılıb. Görüş zamanı Rusiyanın Buxarestdəki səfirliyində çalışan diplomatın heç bir əsas olmadan “persona non qrata” elan edildiyi xatırladılıb və bu vəziyyətə kəskin etiraz edildiyi vurğulanıb.