Kanadada ilk dəfə olaraq qadın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilib.
Teleqraf.com xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo general-leytenant Cenni Karinyanı Baş Qərargah rəisi təyin edib.
Orduda cinsi ayrı-seçkiliyə və sui-istifadənin aradan qaldırılması səylərinə cavabdeh olan Karinyanı iyulun 18-də hazırkı Baş Qərargah rəisi Ueyn Eyrini əvəz edəcək.
Hərbi mühəndis olan Karignan hərbi xidmətdə olduğu 35 il ərzində Əfqanıstan, Bosniya-Hersoqovina, İraq və Suriyadakı bölmələrə komandirlik edib.