5 İyul 16:02
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Baş naziri Viktor Orban Rusiyaya səfəri ilə bağlı sosial media hesabında paylaşım edib.

Teleqraf.com xəbər verir ki, o, Rusiya və Ukrayna arasında sülhə nail olmaq üçün Rusiyanın paytaxtına gəldiyini bildirib.

“Sülh missiyası davam edir. İkinci dayanacaq Moskvadır”, - Orban yazıb.

Macarıstan lideri bundan əvvəl Ukraynada səfərdə olub. Kiyevdə atəşkəslə bağlı Ukrayna Prezidenti Vladimir Zelenskiyə verdiyi təklif qəbul edilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər