5 İyul 15:55
5 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandanın futbolçusu Merih Dəmiralın AVRO-2024-ün 1/4 final matçında vurduğu qolu bozqurd işarəsi qeyd etməsi barədə ilk dəfə danışıb.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı buna verilən reaksiyaları yersiz hesab edir.

“Kimsə almanların formalarında niyə qartalın olduğunu soruşurmu? Kimsə durub deyirmi ki, fransızların formalarında niyə xoruz var, niyə xoruzlanırsınız? Merih də həyəcanını bu görüntü ilə ifadə elədi. Bundan sonra Xarici İşlər Nazirliyimiz onların rəsmilərini (Almaniya səfiri) çağırdı, bununla bağlı lazımi addımlar atılır. İnşallah, hər şey şənbə günü məlum olacaq. Meydandan qələbə ilə ayrılıb növbəti mərhələyə keçək. Qeyri-adi bir şey baş verməsə, matça getməyə qərar vermişik”, - Ərdoğan bildirib.

Şənbə günü Türkiyə millisi yarımfinalda Niderlandla qarşılaşacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər