7 İyul 01:11
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin Həmas hərəkatı ABŞ prezidenti Co Baydenin İsraillə elan etdiyi razılaşmaya ilkin razılıq verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” Həmas və Misir rəsmilərinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, HƏMAS nümayəndələri Qüdsün ilkin mərhələdə müharibəni tam dayandırmaq öhdəliyi ilə bağlı əsas tələbdən imtina ediblər.

Vurğulanıb ki, sövdələşməyə tam altı həftəlik atəşkəs, həmçinin qadınların, qocaların və yaralıların daxil olması lazım olan bir sıra girovların azad edilməsi daxildir. Bunun müqabilində İsrail tərəfi yüzlərlə fələstinli məhbusu azad etməlidir. İsrail də 42 gün ərzində Qəzzanın sıx məskunlaşdığı ərazilərdən qoşunlarını çıxarmalı olacaq.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər