Müğənni Çinarə Məlikzadənin anası Kifayət xanım "Xəzər axşamı" verilişində qızının şəxsi həyatı haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, ifaçının anası Çinarə Məlikzadənin keçmiş həyat yoldaşı, aktyor Əlibəy Məmmədli ilə ailə qurmasını dəstəkləmədiyini deyib.
“Qızım ailə quranda ona dedim ki, bu düzgün seçim deyil. Amma qarşı tərəf bildirmişdi ki, ailə qursaq oxumayacaqsan, işləməyəcəksən, evdə oturacaqsan. Çinarə isə dedi ki, onu qanə edir və belə bir həyat istəyir. Çinarə ona görə də müğənnilik karyerasını istəmədi. Universiteti belə yola verdi. Qızım ailə həyatı qurdu. Hətta bilirdi ki, düzgün seçim deyil. Özü seçmişdi deyə Çinarə dözürdü.
Çox insan mənə deyirdi ki, bu formada evlilik olmaz. İndi bəzi şeyləri çox açıb demək istəmirəm. Amma mən dedim ki, armud yetişəndə özü düşəcək. Mən onu kal-kal dərmək istəmirəm. Dedim ki, addımının səhv olduğunu başa düşəndə özü seçimini edəcək. Heç zaman mən qızıma müdaxilə etmərəm. Atası da müdaxilə etmirdi" - Kifayət xanım deyib.