4 Oktyabr 20:11
4 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal istiləşmə ilə əlaqədar Antarktida yarımadası (materikin şimalı) kəskin dəyişikliklərə məruz qalır və tədricən yaşıllaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə britaniyalı elm adamlarının “Nature Geoscience” jurnalında dərc edilmiş elmi məqaləsində deyilir.

Peyk məlumatlarının təhlili göstərir ki, son dörd onillikdə Antarktika yarımadasında bitki örtüyü kəskin şəkildə, on dəfə artıb. Əgər 1986-cı ildə bitki örtüyü yarımadanın bir kvadrat kilometrindən azını əhatə edirdisə, 2021-ci ildə demək olar ki, 12 kvadrat kilometr artıq yaşıllaşıb.

“Bu yaşıllaşma tendensiyası son illərdə (2016-2021) tam araşdırma dövrü ilə (1986-2021) müqayisədə 30 faizdən çox sürətlənib. Bu müddət ərzində yaşıllaşma hər il 400 000 kvadratmetrdən çox genişlənib”, - tədqiqatçılar bildirirlər.

Alimlərin fikrincə, indiyə qədər söhbət daha çox Yer kürəsində ən sərt şəraitdə yaşaya bilən mamırlardan gedir. Amma bu bölgədə onun yayılma tempi son illərdə kəskin şəkildə sürətlənib.

Baş verənlər nəticəsində Antarktika yarımadasında torpaq təbəqəsi əmələ gələ bilər ki, bu da invaziv növlərin yaranması üçün potensial yaradacaq.

“Antarktidada əsasən torpaqdan yoxsuldur və ya mövcud deyil, amma bitki həyatının bu artım tempi üzvi maddələr əlavə edərək, torpağın üzə çıxmasını asanlaşdıracaq, potensial olaraq digər bitkilərin əmələ gəlməsinə yol açacaq”, - tədqiqatda iştirak edən Hertfordşir Universitetindən Olli Bartlett söyləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər