5 Oktyabr 11:13
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbrayıl rayonunun yenidən salınan Horovlu kəndinə media-tur təşkil olunub.

Teleqraf.com xəbər verir ki, media nümayəndələri kənddə görülən yenidənqurma işlərilə tanış olublar.

Onlara məlumat verilib ki, Horovlu kəndinin layihələndirilən ümumi ərazisi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin yəni 867 ailənin yaşaması nəzərdə tutulub.

Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir.

Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.

Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.

Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər