8 İyul 10:35
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb müttəfiqləri Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməyə icazə verərsə, Ukrayna ordusu qarşı tərəfin hücum əməliyyatlarını poza biləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun təhlilində deyilir.

ABŞ analitikləri nümunə kimi iyunun sonunda Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbələri göstərirlər.

Ötən günlərdə Ukrayna hərbçiləri Belqorod vilayətindəki Rusiya alayının komanda məntəqəsini vurmuşdular. Obyektin cəbhə xəttinə yaxın və sərhədə bir kilometrdən də az məsafədə yerləşməsi, onun Rusiyanın Xarkov vilayətindəki əməliyyatlarında mühüm əhəmiyyət daşıdığını deməyə əsas verir.

İnstitutun ekspertlərinin fikrincə, Ukrayna hərbi obyekti Fransanın yüksək dəqiqlikli “Armament Air-Sol Modulaire Hammer” bombası ilə vurub.

“Bu, Qərbin Ukrayna ordusunun Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün öz silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa davam edərsə, Ukraynanın Rusiyanın hücum əməliyyatlarını poza biləcəyi faktını təsdiqləyir. Ukrayna düşmənin genişmiqyaslı əməliyyatlarını pozmaq məqsədilə Rusiyanın dərinlikdəki hərbi obyektlərinə zərbələr endirmək üçün Qərbin verdiyi silahlardan, xüsusən də ATACMS raketlərindən istifadə edə bilməlidir”, - məqalədə vurğulanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər