8 İyul 22:17
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kiyevdə iyulun 9-u matəm elan olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko teleqramda məlumat verib.

Onun sözlərinə görə, həmin gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endiriləcək. Həmçinin dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur.

Kliçko vurğulayıb ki, iyulun 9-da şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağandır.

Qeyd edək ki, bu gün Rusiya 40-dan çox raketlə Ukrayna ərazisinə zərbələr enidirib. Nəticədə 33 nəfər həlak olub. 112 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər