Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfərə gedib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o Vaşinqtonda keçiriləcək NATO sammitində iştirak edəcək.
Səfər proqramına əsəsan Ərdoğan sammitdə birgə iclaslarda üzv ölkələrin dövlət və hökumət başçıları ilə görüşəcək.
Çərşənbə günü isə 32 üzvlü alyansın dövlət və hökumət başçılarının toplantısına qatılacaq. Axşam saatlarında liderlər və onların həyat yoldaşları Co Baydenin Ağ Evdə verdiyi şam yeməyində iştirak edəcəklər.
Liderlər cümə axşamı NATO-Ukrayna Şurasının iclası üçün eyni masa ətrafında toplaşacaqlar.
Ərdoğanın Vaşinqton səfəri orda verəcəyi mətbuat konfransı ilə yekunlaşacaq.