9 İyul 12:41
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadakı müharibə Polşa ilə bu ölkə arasında imzalanan saziş sayəsində qlobal toqquşmaya doğru gedir.

Teleqraf.com xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər” Partiyasının sədri Florian Filip deyib.

“Varşavada imzalanan təhlükəsizlik sazişi Polşa hərbçilərinə Ukrayna hava məkanında Rusiyanın raket və pilotsuz təyyarələrini vurmağa icazə verir. Bu, Tuskunun təşəbbüsü ilə Avropanın müharibəyə getməsi deməkdir. Yadımıza salaq ki, Polşa Avropa Birliyi və NATO üzvüdür. İndi Polşa Rusiya ilə müharibəyə başlayacağı təqdirdə, bizdən həmrəylik tələb edəcək. Gəlin bu dəliliyi dərhal dayandıraq”, - fransalı siyasətçi bildirib.

Sözügedən saziş iyunun 8-də Ukrayna Prezidenti Vladimir Zelenski və Polşa Baş naziri Donald Tusk arasında imzalanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər