Vaşinqtonda keçiriləcək NATO sammitinin yekun bəyanatında Ukraynanın alyansa üzvlüyü qaçılmaz kimi qeyd oluna bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Ukraynanın NATO-ya üzvlüyü üçün nə dərəcədə təminatların verilməsi məsələsi sammit öncəsi alyansa üzv dövlətlər arasında müzakirə mövzusuna çevrilib. Müzakirələrin nəticəsi sammitdə açıqlanacaq.
Kanal hesab edir ki, belə bir sənəd Rusiya və Ukrayna arasında durumu tam dəyişə bilər.
Ağ Ev bunu dəstəkləyir, amma bir şərtlə ki, Kiyev demokratik islahatlar xəttini davam etdirsin.